Xəzər Xəbər

Məhsul bol olsa da, alıcı tapılmır VİDEO

Veb TV | 21:04 • 25 Sentyabr 2018
Məhsul bol olsa da, alıcı tapılmır

BuilQubadakı alma bağlarında təxminən 275 min tona yaxın məhsul toplanıb. Almanın yerli bazarda satışı isə çox aşağıdır. Hazırki vəziyyətdə məhsulu xarici bazara çıxarmaq isə sahibkarlara sərf etmir.

Tonlarla məhsul yeşiklərdə qalıb. Məhsul bol olsa da, alıcı sarıdan qıtlıq yaşanır.

Satıcılar deyirlər ki, bu il məhsuldarlıq yaxşı olsa da alıcı yoxdur.

Bağbanlar deyirlər ki,bu il Rusiya bazarınaməhsul satışa çıxarmaq qiymət cəhətdən sərfəli deyil.Yerli bazarda isə məhsulu heç 35 qəpiyə də satmaq mümkün deyil.

Rayonlarda 35-60 qəpiyə satılan almaları isə Bakı bazarlarında tapmaq çətin məsələdir. Bazarda satıcılar deyir ki,həmin alma satış üçün əlverişli deyil.Qiyməti ucuz olsa da, alıcılıq qabiliyyəti yoxdur.

"Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar cəmiyyətinin nümayəndəsi, ekspert Nicat Nəsirli isə bildirir ki, bu bağbanların hər il rastlaşdığı problemdir. Alma bu il də çox olduğundan məhsulu saxlamağa anbarlarda yer yoxdur. Buna görə də satıcılır almanı dəyər dəyməzinə satışa çıxarırlar.

Ötən illərdən fərqli olaraq son illər ərzində Rusiya bazarlara öz məhsullarını çıxarmağa üstünlük verir. Hazırda isə Rusiyanın cənubunda da alma bol yetişib. Ekspertlər hesab edirlər ki, fermerler məhsullarını 2 ay anbarlarda saxlaya bilsələr xarici bazarlara sərfəli qiymətlərlə çıxara bilərlər.

Xəbər lenti