Xəzər Xəbər

Bu qaynaqçı səsi ilə dinləyənləri heyran qoyur - Ən böyük arzusu isə... - VİDEO

Veb TV | 20:57 • 25 Sentyabr 2018
Bu qaynaqçı səsi ilə dinləyənləri heyran qoyur -

Növbətı sujetimiz bir qaynaqçı haqqındadır. Daha doğrusu bu qaynaqçının ifası haqda. Elman Zeynalovunyanına gələn müştəriləri səsiylə valeh edir. Ən böyük arzusuisə muğam ustalarından dərs almaqdır..

Çörəyi dəmirdən çıxan Elman Zeynalov təkcə işi ilə deyil, ifaları ilə də görənləri heyrətləndirir. Üç ildir qaynaqçılıqla məşğul olan ustanın səsi insanın ruhunu dincəldir.

29 yaşlı Cəlilabad rayon sakini Elman Zeynalovda oxumağa həvəs uşaqlıqdan yaranıb. Deyir ki, musiqi sevgisi zaman və məkan tanımır.

Məktəbdə musiqi dərsinə həvəslə qatılan Elman Zeynalov imkansızlıqdan bu sahə üzrə təhsil ala bilməyib. Bütün gün işdə olduğundan yarışmalara qatılmağa da vaxtı olmayıb.

Elmanın arzusu peşəkar muğam ustalarından dərs almaq, onlarla bir səhnəni paylaşaraq duet oxumaqdır.

Elman Zeynalov gələcəkdə musiqi təhsili almaq istəyir. O, bu arzusunu gerçəkləşdirmək üçün var-gücüylə çalışacağını deyir.

Xəbər lenti