Xəzər Xəbər

Donald Tramp və Mun Ce arasında görüş keçirilib

Dünya | 13:47 • 25 Sentyabr 2018
Donald Tramp və Mun Ce arasında görüş keçirilib

Cənubi Koreya və ABŞ prezidentləri Mun Ce-in və Donald Tramp nüvə silahsızlaşdırılması məsələsinə görə Koreya Xalq Demokratik Respublikasının (KXDR) mümkün mükafatlandırılma məsələsini müzakirə ediblər.


AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda görüşən dövlət başçıları Şimali Koreyanın nüvə silahsızlaşdırılmasına görə həvəsləndirilməsinə dair yolların müəyyənləşdirilməsi ilə bağlı razılıq əldə ediblər. Bununla belə, Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaların hələ qüvvədə qalması məqsədəuyğun hesab edilib. Dövlət başçıları mövzu ilə bağlı əlaqələndirmənin davam etdirilməsini qərara alıblar.


Mun Ce-in ötən həftə Şimali Koreyaya tarixi səfəri və bu ölkənin lideri Kim Çen In ilə görüşlərinin nəticələri barədə ABŞ dövlət başçısını məlumatlandırıb.


Tərəflər ABŞ Prezidenti Donald Tramp ilə KXDR lideri Kim Çen In arasında növbəti görüşün yeri, vaxtı və müzakirə olunacaq məsələlərə dair fikir mübadiləsi aparıblar.

Xəbər lenti