Xəzər Xəbər

İnstagram-ın təsisçiləri Facebook-a görə işdən ayrıldı

Dünya | 13:41 • 25 Sentyabr 2018
İnstagram-ın təsisçiləri Facebook-a görə işdən ayrıldı

İnstagram-ın təsisçisi Kevin Sistrom (Kevin Systrom) və Mayk (Mike Krieger) şirkətdən ayrılmaq qərarı verib.


Kevin və Maykın "Facebook"la ziddiyyətlərə görə üz-üzə gəliblər.


Şirkətin icraçı direktoru Sistrom "marağımızı və yaradıcılığımızı kəşf etmək üçün ayrılırıq" deyə bildirib.


2012-ci ildə Facebook şirkətinin aldığı Instagram-ın bir milyarddan çox istifadəçisi var. Facebook-un Instagram-ı sırf gəlir gətirən bir tətbiqə çevirib istifadəçilərin pul ödəməsini tələb edən yeni funksiyalar yaratmaq niyyətindədir. Bu addım isə Instagram-ın qurucularının kəskin etirazı ilə qarşılanıb.


Kevin və Mayk 2010-cu ildə qurduqları şirkəti Facebook-a satdıqdan sonra tətbiqi idarə etməyə davam etmişdi. (BAKU.WS)

Xəbər lenti