Xəzər Xəbər

Rihannanın izlədiyi 6 türk kimdir?

Şou Biznes | 13:55 • 25 Sentyabr 2018
Rihannanın izlədiyi 6 türk kimdir?

Musiqiyə fasilə verən və son zamanlar öz brendlərinin satışı ilə məşğul olan Rihanna daha çox instaqram-da aktiv olmağa başlayıb.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, 65 milyona yaxın izləyicisi olan pop ulduz 1332 nəfəri izləyir.

Barbadoslu ifaçının "follow" etdiyi şəxslər arasında altı türkün olması diqqətdən yayınmayıb. O, Hümeyra, Çağla, Eda, İdil, Sefa və Pınar adlı pərəstişkarları ilə yaxından maraqlanmağa başlayıb.

Bundan əlavə, Rihannanın türk fanatları ilə tez-tez yazışdığı, onları konsertlərinə dəvət etdiyi də məlum olub.

Xəbər lenti