Dubayın Maliyyə Departamenti "Smart Dubai Office” texnologiya şirkəti ilə birgə hökumətin maliyyə işlərində şəffaflığın yaradılması və tranzaksiyaların aparılmasına sərf olunan vaxtı qısaltmaq məqsədi ilə blokçeyn tədiyə sistemini dövriyyəyə buraxıb.
AZƏRTAC Dubay KİV-lərinə istinadla xəbər verir ki, "Tədiyə və ödənişlərin razılaşdırılması” adlanan servis ölkənin dövlət orqanlarına, əsasən də polis departamentinə, yol və nəqliyyat idarəsinə, səhiyyə idarəsinə və s. xidmət göstərəcək.
Bildirilir ki, yeni servis elektroenergetika və su ehtiyatları idarəsində, həmçinin bilik və insan inkişafı məsələləri idarəsində artıq sınaqdan keçirilib. Test tranzaksiyalarının ümumi miqdarı 5 milyon olub.