Xəzər Xəbər

Təkifini rədd edən xanımı cəzalandırdı, "baqajında bomba var" dedi

Dünya | 11:59 • 23 İyul 2018
Təkifini rədd edən xanımı cəzalandırdı, "baqajında bomba var" dedi

Mumbai polisi beynəlxalq aeroportda bomba təhlükəsi barədə yalan informasiya verən şəxsi saxlayıb.


Polis bildirib ki, Kutubuddin Şaxivala adlı şəxs hüquq-mühafizə orqanlarına zəng edərək səhər saatlarında Yəmənə uçan xanım sərnişinin çemodanında bomba olması barədə xəbər verib. Daha sonra həmin xanımın baqajı yoxlanılıb və heç bir partlayıcı aşkar edilməyib.


Zənglə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, K.Şaxivala həmin xanımla internetdə tanış olub, sonra ona ailə qurmaq təklif edib. Xanım onun təklifini rədd edincə isə, daim onun üçün problemlər yaradacağı barədə xəbərdarlıq edib.


Polisin verdiyi məlumata görə, aeroportda bomba təhlükəsi barədə xəbər verərkən də həmin şəxsin məqsədi xanim üçün problem yaratmaq olub. (Trend)

Xəbər lenti