Xəzər Xəbər

Dünya Çempionatında ilkə imza atan müdafiəçi futbolu tərk edir

İdman | 09:58 • 23 İyul 2018
Dünya Çempionatında ilkə imza atan müdafiəçi futbolu tərk edir

Təcrübəli meksikalı futbolçu Rafael Markes millidə karyerasını başa vurdu.


Bunu Markes "Tvitter” sosial şəbəkəsində yazıb.


39 yaşlı futbolçu 21 illik peşəkar karyerası ərzində dəstəyə görə azarkeşlərə minnətdar olduğunu bildirib. O, karyerasına başladığı Meksikanın "Atlas” klubunda inzibati işə keçəcək.


Müdafiəçi karyerası ərzində "Atlas”, "Monako”, "Barselona”, "Nyu-York Red Bull”, "Leon” və "Verona” klublarında çıxış edib. Ümumilikdə karyerası ərzində 20 mükafat qazanıb.


Rusiyada keçirilən Dünya Çempionatı Markes üçün karyerası ərzində sayca beşinci mundial olub. Müdafiəçi dünya çempionatlarında milli komandanın 5 dəfə kapitanı olmaqla ilkə imza atıb. (Trend)

Xəbər lenti