Xəzər Xəbər

Sürücülər üçün ciddi təhlükə: Sürülər yollara çıxmağa davam edir - VİDEO

Veb TV | 20:58 • 27 May 2018
Sürücülər üçün ciddi təhlükə:

Bir neçə gün əvvəl yaylağa aparılan qoyun sürülərinin yollara çıxarılması ilə bağlı sujet vermişdik. Həmin görüntülərdə yola çıxarılan yüzlərlə qoyunun sürücülərə böyük təhlükə yaratdığı qeyd olunurdu. Yol polsinin də xəbərdarlığına baxmayaraq eyni mənzərələr yollarda yenə müşahidə edilir. Ekspertlər isə deyir ki, yolda təhlükə yaradan sürülərin sahibləri cərimə edilməlidir.

Yaylağa köç edən qoyun sürüsü avtomobil yoluna çıxarılıb.

Yüzlərlə qoyun yolun bir tərəfindən digər tərəfinə keçirilir. Baxmayarq ki, həmin yolda avtomobillər intensiv hərəkət edir.

Görüntülər Quba rayonu ərazisində sürücülərdən biri tərəfindən lentə alınıb. Kadrlardan aydın olur ki, nəzərdə tutulmayan ərazidən qoyun sürülərinin anidən yola çıxarılması sürücülər üçün böyük təhlükə yaradır.

Köç sezonunu başladığından son günlər avtomobil yollarında bu mənzərələr tez-tez müşahidə edilir. Qoyun sürüləri yollara çıxır, sürücülər üçün təhlükəyə səbəb olur.

Bir neçə gün əvvəl də bu məsələni gündəmə gətirmişdik. Görünən odur ki, belə mənzərələr yollarda hələ çox yaşanacaq. Yol hərkəti üzrə ekspert Azər Allahverənov bildirir ki, qoyun sürülərinin bu şəkildə yola çıxarılması bir başa qayda pozuntusudur. Qanuna əsasən, mal-qaralar yollarda xüsusi nəzərdə tutulan keçidlərdən keçirilməlidir.

Ekpsertin sözlərinə görə, bu cərimələr təcrübədə çox nadir hallarda tətbiq edilir. Buna görə də, belə hallar çox müşahidə olunur.

Ekspert deyir ki, cərimə tətbiq edilərsə, belə hallar nəzərə çarpacaq dərəcədə azalar.

Xəbər lenti