Xəzər Xəbər

Xərçəngnə qarşı yeni preparatın testlərinə başlanılıb - Hüceyrələri məhv edir

Cəmiyyət | 14:55 • 23 May 2018
Xərçəngnə qarşı yeni preparatın testlərinə başlanılıb -

Çexiya Elmlər Akademiyasının Biotexnologiya İnstitutunun tədqiqatçıları süd vəzisi xərçəngi və şişin bəzi növlərini sağalda bilən maddə icad ediblər.


AZƏRTAC Çexiyanın "CTK” informasiya agentliyinə istinadla xəbər verir ki, alimlərin fikrincə, "MitoTam” adlanan maddə mitoxondriləri – "hüceyrə elektrik stansiyalarını” sıradan çıxarır və bununla da xərçəng hüceyrələrinin məhv edilməsinə nail olur. Dərmanlara nəzarət üzrə dövlət institutu kliniki tədqiqatların aparılmasına icazə verib. Yeni dərmanın pasiyentlərə təsirinin öyrənilməsini Praqanın Ümumfakültə Xəstəxanası aparır.

Xəbər lenti