Xəzər Xəbər

Putin ABŞ-a 4 raketlə cavab verdi: Hədəflər vuruldu - VİDEO

Veb TV | 14:58 • 23 May 2018
Putin ABŞ-a 4 raketlə cavab verdi:

ABŞ-ın CNBC kanalının Rusiya Prezident Vladimir Putinin elan etdiyi nüvə mühərrikli raketin təcrübələr zamanı yerə çırpıldığı xəbərinə rəsmi Moskvadan cavab gəlib.

Putinin əmri ilə donanmadakı strateji sualtı gəmidən eyni anda 4 qitələrarası "Bulava” raketi buraxılıb.

4 ballistik raketinin eyni anda tarixdə ilk dəfə sınandığı vurğulanıb. Raketlər sualtı qayıq 40 metr dərinlikdə olan zaman buraxılıb. Onların Kamçakta yarımadasındakı "Kura” poliqnundakı hədəfləri vurduğu bildirilib.

***

Rusiya lideri Vladimir Putinin martda dünyaya elan etdiyi nüvə mühərrikli super raket yeni mübahisələrə yol açıb.

CNBC telekanalı ötən gün ABŞ kəşfiyyat mənbələrinə istinadən raketin sınaqdan keçmədiyini yazıb:

"Putinin super raketlərinin bütün sınaqları uğursuzluqla nəticələnib. Nüvə mühərrikli raket 4 dəfə sınanıb və hər dəfə yerə çırpılıb. Ən uğurlu sınaq zamanı raket 4 dəqiqə havada qalaraq 22 mil yol qət edə bilib. Ən uğursuz təcrübə zamanı isə raket ancaq 4 saniyə havada qalmağı bacarıb”.

ABŞ kanalının bu iddiası Rusiyada da mübahisə mövzusu olub. Putinin sözçüsü Dmitri Peskov yalnız yerli media üçün keçirdiyi brifinq zamanı "CNBC məlumatları doğrudurmu?”, "Raket sınaqları uğursuzluqla nəticənibmi?” sullarına "Sizlərə CNBC kanalının dediklərinə yox, Rusiya Prezidenti Vladimir Putinin söylədiklərinə inanmağı tövsiyə edirəm”,- deyə qısa cavab verib./teleqraf.com

Xəbər lenti