Xəzər Xəbər

Jurnalist qız canlı yayımda ona tərəf qaçan atı saxladı - VİDEO

Veb TV | 14:43 • 23 May 2018
Jurnalist qız canlı yayımda

Britaniyanın Sky Sports telekanalının jurnalisti Xeyli Mur canlı yayımda qaçan atı saxlayaraq, verilişinə davam edib.

The Telegraph-ın verdiyi məlumata görə, hadisənin görüntüləri YouTube-da yayımlanıb.

Məlum olub ki, jurnalist Çepstou at yarışları barədə reportaj hazırlayırmış. Bu zaman yaxınlıqda olan at üstündəki adamı yerə çırparaq düz qıza tərəf qaçmağa başlayıb. Lakin aparıcı özünü itirməyib və atın cilovundan yapışaraq, onu saxlayıb.

Qadın üzündən zədə alaraq düz atın ayaqları altına düşsə də, heyvanı saxlaya bilib. Hadisədən cəmi bir neçə dəqiqə sonra o, yarışın qalibindən müsahibə götürüb.

The Telegraph bildirir ki, jurnalist qız uşaq vaxtlarından atlarla davranmağı bilir. Onun atası at idmanı sahəsində əməkdar təlimçi, qardaşları isə məşhur jokeydirlər./faktxəbər

Xəbər lenti