Xəzər Xəbər

Şagird alçadan zəhərləndi - Ağsuda - VİDEO

Veb TV | 20:40 • 26 Aprel 2018
Şagird alçadan zəhərləndi - Ağsuda -

Ağsu rayonunda məktəblərin birində şagirdin səhhəti pisləşdiyi üçün onu xəstəxanaya yerləşdiriblər. İlkin ehtimala görə, şagird məktəbin bufetində satılan qidalardan zəhərlənib.

Xezerxeber.az-ın məlumatına görə, Ağsu şəhər 2 saylı tam orta məktəbin 3 -cü sinif şagirdi Əzizağa Nəsibov dərs vaxtı özünü narahat hiss edib. Azyaşlıda ürəkbulanma, qusma əlmətləri olduğundan şagird evə buraxılıb və yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Yayılan məlumata görə, şagird məktəbin bufetindən alıb yediyi qidaya görə zəhərlənib.

Məktəbin direktoru Ramin Mahmudov isə bildirir ki, bu məlumat düzgün deyil. Çünki əgər zəhərlənmə olsaydı, bu, kütləvi baş verərdi.

Dərs vaxtı halı pisləşən məktəbli sonradan bildirib ki, məktəbin həyətində yeni yetişən alçadan yedikdən sonra halı pisləşib.

Hazırda həkim nəzarətində olan azyaşlı yaxın günlərdə evə buraxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti