Xəzər Xəbər

"Formula 1" üzrə Azərbaycan qran-prisi başlayır - VİDEO

Veb TV | 20:16 • 26 Aprel 2018
"Formula 1" üzrə Azərbaycan qran-prisi başlayır -

"Formula 1" üzrə növbəti Azərbaycan qran-prisinin başlamasına artıq sayılı saatlar qalıb.

Xezerxeber.az-ın məlumatına görə, dünyanın müxtəlif yerlərindən minlərlə insan sırf bu yarışı izləmək üçün paytaxt Bakıya üz tutur. Yerlərin böyük bir qisminə biletlər isə artıq satılıb.

Ötən yarışlarda olduğu kimi, bu dəfə də izləyiciləri bir-birindən maraqlı şoular gözləyir. Tamaşaçılar adrenalin dolu yarışla yanaşı, dünya ulduzlarının musiqilərindən də zövq ala biləcəklər.

Əvvəlki yarışlarda olduğu kimi, bu dəfə də evinin eyvanı yarış zolağını görən ev sahibləri eyvan icarəsinə başlayıblar. Onlar müxtəlif saytlara elanlar yerləşdirərək, yarışı izləmək istəyənlərə öz eyvanlarının icarəsini təklif edirlər.

Eyvanı yarış zolağını görən üçotaqlı evlərin gündəlik kirayəsi adi günlərdə 50-60 manatdan başlayırsa, "Formula 1" oyunları zamanı bu evlər günü 100-120 manatdan təklif edilir.

"Formula 1" əməliyyat komitəsinin sözçüsü Nigar Arpadarai bildirir ki, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur. Sadəcə ev sahibləri hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər. Əks halda bu şəxslər məsuliyyətə cəlb ediləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti