Xəzər Xəbər

"Beşiktaş" üçün kritik gün "Fənərbaxça" ilə matça çıxmayacağı təqdirdə alacağı cəzalar

İdman | 12:59 • 26 Aprel 2018
"Beşiktaş" üçün kritik gün

Türkiyə kubokunun yarımfinal cavab matçları çərçivəsində keçirilən və yarımçıq qalan "Fənərbaxça” – "Beşiktaş” matçı ilə bağlı Türkiyə Futbol Federasiyasının matçı qaldığı yerdən davam etdirmək qərarı hər iki klubun cameəsində fərqli reaksiyalar doğurub.

"Fənərbaxça”nın vitse-prezidenti Şekip Mosturoğlu matçın meydançada davam etməsini və haqqı olanın finala qalmasını arzuladıqlarını deyib.

"Beşiktaş” cəbhəsi və xüsusilə, matç zamanı başı yarılan baş məşqçi Şenol Güneş isə qərara sərt etiraz bildirib. Ş.Güneş və komanda matça çıxmamaqda qərarlı olduğunu bildirib. Klubun idarə heyəti bu gün yerli vaxtla saat 15:00-da keçirəcəyi toplantında matça çıxıb-çıxmamaqla bağlı yekun qərarını verəcək.

"Beşiktaş” matça çıxmayacağı təqdirdə, klubu ağır cəzalar gözləyir. Belə ki, "Beşiktaş” texniki məğlubiyyət alacaq, gələn il Türkiyə Kubokuna qatıla bilməyəcək və Türkiyə Kuboku çərçivəsində əldə etdiyi bütün maddi qazancları geri qaytarmalı olacaq./publika.az

Xəbər lenti