Xəzər Xəbər

Kinoteatrlara üz tutanların sayı artıb - Ən böyük maraq "Ağ Tük" filminədir - VİDEO

Veb TV | 20:24 • 22 Mart 2018
Kinoteatrlara üz tutanların sayı artıb -

Bayram tətilini fürsət bilənlər kinoteatrlara axın ediblər.

Xezerxeber.az-ın məlumatına görə, kimi dostu, kimi rəfiqəsi, kimisi də öz ailəsi ilə film izləməyə gəlib.

Paytaxt kinoteatrlarına gələnlərin əksəriyyəti əhval-ruhiyyələrini yüksək tutmaq üçün komediya janrında olan filmlərə üstünlük verirlər. Xüsusən də bu günlərdə "Park Cinema" kinoteatrlarında ən çox tələb, bir müddət əvvəl çəkilən və treyləri ilə böyük marağa səbəb olan "Ağ Tük" filminədir.

İzləyicilər Fərda və Müşfiqin baş rol aldığı filmi böyük maraqla izaləyirlər.

Siz də film həvəskarısınızsa və sevdiyiniz şəxslərə gülüş bəxş etmək istəyirsinizsə, yolunuzu "Park Cinema" kinoteatrlarında nümayiş olunan "Ağ tük" filminə baxın...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti