Xəzər Xəbər

Qida məhsullarının keyfiyyətinə nəzarət güclənir VİDEO

Veb TV | 20:55 • 17 Fevral 2018
Qida məhsullarının keyfiyyətinə nəzarət güclənir

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması bu sahədə nəzarəti daha da gücləndirəcək. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Nazir arıçılara veriləcək subsidiyalar haqqında da danışıb. O, qeyd edib ki, hər arı yeşiyinə görə 10 manat subsidiya nəzərdə tutulub.

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsullar üzərində nəzarəti tam həyata keçirməyə imkan verəcək. Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Nazirin sözlərinə görə, əvvəllər bir neçə qurum tərəfindən həyata keçirilən nəzarət indi vahid mərkəzdən idarə ediləcək...

Heydər Əsədov arıçılığın inkişafı ilə bağlı həyata keçiriləcək tədbirlərdən də danışıb. O, qeyd edib ki, arıçılar üçün subsidiyanın verilməsini nəzərdə tutan sənədlər artıq bütün iqtisadi qurumlarla razılaşdırılıb və yaxın günlərdə Prezident administrasiyasina təqdim olunacaq.

Kənd təsərrüfatı naziri Heydər Əsədov soğanın qiymətinin yüksəlməsinə də münasibət bildirib. Nazir soğanın hazırki qiymətinin norma çərçivəsində olduğunu vurğulayıb.

Bu arada, kənd təsərrüfatı nazirliyinin növbəti kollegiya iclası keçirilib. İclasda qarşıya qoyulan hədəflər və mövcud problemlərdən danışılıb.

Xəbər lenti