Xəzər Xəbər

Robben məşqçi olmaq istəmir

İdman | 14:50 • 17 Fevral 2018
Robben məşqçi olmaq istəmir

"Bavariya”nın 34 yaşlı vingeri Aryen Robben butslarını mıxdan asmağa tələsmir.

Holland yarımmüdafiəçi "Sport Buzzer”ə müsahibəsində özü belə deyib: "Sağlamam və özümü əla hiss edirəm. Məni "Bavariya” ilə olan müqaviləmi yeniləmək məsələsi narahat etmir. Klub təmsilçiləriylə danışıq aparıram. Fikrimcə, hələ bir neçə il yüksək səviyyədə oynaya bilərəm. Yaşıl meydanlarla vidalaşmağa tələsmirəm. Karyeramı bitirəndən sonra çətin ki, məşqçi olam. Düzdü, ara-sıra oğlumun oynadığı komandayla işləyirəm. Bu özüm üçün də xoş və əyləncəlidi. Amma peşəkar səviyyədə məşqçi olmaq fikrim yoxdu. Məşqçilər həmişə stress altında çalışır, üzərlərində daimi təzyiq hiss edirlər”.

Xəbər lenti