Xəzər Xəbər

Nigeriyada bazara hücum: 22 nəfər ölüb, 28 nəfər yaralanıb

Dünya | 14:11 • 17 Fevral 2018
Nigeriyada bazara hücum:

Nigeriyanın şimal-şərqində terrorçuların bazara hücumu nəticəsində 22 nəfər həlak olub, 28 nəfər yaralanıb.

 Sinxua informasiya agentliyi xəbər verir ki, insident fevralın 16-da axşam saatlarında Borno ştatının Kondyuqa şəhərində qeydə alınıb. Üç terrorçu-kamikadze bazara girərək üzərlərindəki partlayıcı qurğuları işə salıb.

Şahidlərin sözlərinə görə, partlayış baş verən zaman bazarda çoxlu insan olub.

Xəbər lenti