Xəzər Xəbər

Manatla qoyulan əmanətlərin məbləği artdı

İqtisadiyyat | 11:34 • 17 Fevral 2018
Manatla qoyulan əmanətlərin məbləği artdı

Mərkəzi Bankın məlumatına görə, yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7561,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə bildiriblər ki, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrünə nisbətən 66,9 faiz, bu əmanətlərin əhali tərəfindən banklara qoyulmuş əmanətlərin ümumi məbləğində xüsusi çəkisi isə il ərzində 20,4 faizdən 33,5 faizədək artıb.

Xarici valyutada olan əmanətlər 2017-ci il yanvarın 1-i ilə müqayisədə 15,2 faiz azalıb.

Xəbər lenti