Xəzər Xəbər

Məşhur aktrisanın boşanma səbəbi məlum oldu

Şou Biznes | 10:35 • 17 Fevral 2018
Məşhur aktrisanın boşanma səbəbi məlum oldu

Məşhur aktrisa Cenifer Eniston və həyat yoldaşı Castin Teru ayrılmaq qərarına gəlib.

Onlar daha bir yerdə yola gedə bilmirdilər.

Eniston Manhettendə Teru ilə birgə yaşamağa cəhd edib. Laki paparazzilərə və "həbsxanaya bənzər" mənzillərə dözə bilməyib. O, Los-Ancelese dönüb. Teru da öz aralarındakı problemi həll edə bilməyib və Enistonun rəfiqələri ilə anlaşmağa çalışmayıb.

Ayrılığa cütlüyün işlərindəki fərq də öz təsirini göstərib. Terunun hazırda film çəkilişləri uğurla getdiyi halda Eniston çəkilişlərə dəvət olunmayıb.

Cütlük bir müddət əvvəl ayrıldıqlarını elan edərək bunun dostcasına çıxış yol olduğunu söyləyib. Onlar 2015-ci ildə evlənmişdilər.

Xəbər lenti