Xəzər Xəbər

Nyu-Yorkda silahlı insident baş verib, yaralananlar var

Dünya | 08:27 • 22 Yanvar 2018
Nyu-Yorkda silahlı insident baş verib, yaralananlar var

Nyu-Yorkda silahlı insident qeydə alınıb.

Xezerxeber.az "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Manhettendə baş verən atışma nəticəsində 3 nəfər güllə yarası alıb.

Hadisə yerli vaxtla saat 16:40-da qeydə alınıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatına təhlükə olmadığı bildirilir.

İnsidentlə əlaqədar polis tərəfindən iki nəfər axtarılır. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Xəbər lenti