Xəzər Xəbər

Fransa klubunda yeni baş məşqçi

İdman | 16:25 • 21 Yanvar 2018
Fransa klubunda yeni baş məşqçi

Fransanın 1-ci Liqasında mübarizə aparan "Bordeaux" yeni baş məşqçisini açıqlayıb.


Xezerxeber.az goal.az-a istinadən xəbər verir ki, "jirondistlər" Qustavo Poyetlə anlaşıb. Uruqvaylı mütəxəssisin son iş yeri "Shanghai Shenhua" olub.

O, qeyri-qənaətbəxş nəticələrə görə, 2017-ci ilin sentyabrında istefaya göndərilmişdi. Poyet "Bordeaux"da Joslen Quverenneki əvəzləyib. 45 yaşlı mütəxəssis 2016-cı ildən komandanın sükanı arxasında idi. Onun rəhbərliyi ilə klub ötən mövsüm çempionatı 6-cı sırada tamamlamışdı.

Xəbər lenti