Xəzər Xəbər

Sevgilisi artıq çəkisini DƏRD ETMİR: "Afərin" deyir"

Şou Biznes | 14:31 • 20 Yanvar 2018
Sevgilisi artıq çəkisini DƏRD ETMİR:

Son günlərdə "Deliha 2” filmi ilə gündəmə gələn Qupse Özay artıq çəkilərinin sevgilisini narahat etməyidiyini deyib.

Tanınmış aktrisa və ssenarist filmin çəkilişlərindən bəri 12 kq arıqladığını deyib. Kino ulduzu aktyor sevgilisi Barış Arduçun onun kökəlməsinə fikir vermədiyini etiraf edib:

"Filmin birinci hissəsində canlandırdığım xarakter kökdür, mənim üçün onun davamlılığı çox mühümdür. İşini yaxşı yerinə yetirməyə önəm verən bir insan olduğum üçün kökəlməyə qərar verdim. Bu qədər sürətlə kökəlib arıqlamaq çox çətindir. Bu prosesdə təbii ki, dəstək alıram. Detoks edirəm. Film çəkilişləri bitdiyindən bu yana 12 kq arıqladım. Barış çəkimə fikir vermir. Canlandırdığım xarakterin haqqını verdiyim üçün mənə "Afərin" deyir"./publika.az

Xəbər lenti