Xəzər Xəbər

Tovuz sakinindən maraqlı ixtira: Pulsuz enerji əldə edir - VİDEO

Veb TV | 20:59 • 21 Noyabr 2017
Tovuz sakinindən maraqlı ixtira:

Tovuz sakini maraqlı qurğu düzəldərək ondan təsərrüfat işlərində istifadə edir. Fermer axar suyun üzərində böyük çarx quraşdırmaqla elektrik enerjisi ala bilib. Bu üsulla o, təsrrüfatını sözün həqiqi mənasında, işıqlandırıb.

Axar suyun təsiri ilə hərəkətə gələn çarx mühərriki işə salır. Bu yolla elektirik enerjisi əldə edir.

Tovuzlu fermer ixtira etdiyi maraqlı qurğu ilə elektir enerjisinə olan tələbatını ödəyə bilir. Rayonun Düz Qırıqlı kənd sakini Arif İsgəndərov Kür çayı yaxınlığındakı fermasında avtomobil hissələrindən böyük çarx düzəldərək axar su ilə onu hərəkətə gətirib. Müxtəlif vasitələrlə isə çarxı mühərriklə əlaqələndirib. Beləcə, 100-120 volt gücündə elektrik enerjisi əldə edib.

Təsərrüfatçı deyir ki, çarxı düzəltmək üçün xeyli vaxt və əmək sərf edib. Detalların hamısı tullantılar olduğu üçün, cihaza, elə də çox vəsait xərcləməyib. Qurğudan alınan enerji ilə məişətdə istifadə olunan elektrik avadanlıqlarını da işə salmaq mümkündür.

Arif Əsgərov deyir ki, qonşu fermalar da qurğudan yararlana bilir. Təsərrüfatçı gələcəkdə çarxı təkmilləşdirib daha çox enerji əldə etmək istəyir.


Xəbər lenti

Çox oxunanlar