Xəzər Xəbər

“Kara Sevda” BİRİNCİ OLDU - FOTO

Şou Biznes | 15:18 • 21 Noyabr 2017
“Kara Sevda”

Baş rollarda Burak Özçivitlə Neslihan Atagül oynadığı "Kara Sevda” serialı nüfuzlu mükafata layiq görülüb.

Nyu-Yorkda 5-ci dəfə təşkil olunan beynəlxalq tədbirdə məşhur serial "Ən yaxşı xarici serial” nominasiyasının qalibi olub. Mükafatlandırma məraimində "Ay yapım” şirkətinin əməkdaşları iştriak edib.

Burak Özçivitin atası Bülənd Özçivit xəstə olduğu üçün gecəyə qatıla bilməyib. Aktyor bir müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkən atasını tək qoymaq istəməyib.

Çətin günlərində ailəsinə dəstək olan Burak Özçivitin atasının səhər əməliyyat keçirdiyini, hazırda səhhətinin yaxşı olduğu bildirib.

Neslihan Atagül isə sosial şəbəkədə bu nailiyyətə görə çox sevindiyini qeyd edib./publika.az








Xəbər lenti