Noyabrın 18-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 182 min 497,94 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, noyabrın 17-də 1784,61 ton pambıq tədarük olunub.
Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 24357,60 ton məhsul təhvil veriblər. Biləsuvarda 22442,72 ton, Bərdədə 19462,57 ton pambıq tədarük edilib.