Xəzər Xəbər

Milli valyutada olan əmanətlər 39 faiz artıb

İqtisadiyyat | 14:12 • 18 Noyabr 2017
Milli valyutada olan əmanətlər 39 faiz artıb

Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7022,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, əmanətlərin 71,8 faizi xarici, 28,2 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 5598,0 milyon manatı və ya 79,7 faizi özəl banklarda, 1424,2 milyon manatı (20,3 faizi) isə dövlət banklarında yerləşdirilib. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 39,0 faiz artıb, xarici valyutada əmanətlər isə 21,1 faiz azalıb.

Xəbər lenti