Tbilisidə futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Xezerxeber.az AFFA-ya istinadən məlumat xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Yığmamızın qollarını Umnisə Əliyeva və Melis Ersoy vurublar.