Xəzər Xəbər

Gələn il Ermənistanı daha ciddi böhran gözləyir - VİDEO

Veb TV | 20:45 • 17 Noyabr 2017
Gələn il Ermənistanı daha ciddi böhran gözləyir -

Ermənistan ciddi iqtisadi və siyasi böhran içərisində çabalayır.

Xezerxeber.az-ın məlumatına görə, əhalinin vəziyyəti 2018-ci ildə ötən illə müqayisədə 10 faizdən çox pisləşəcək. 2018-ci il üçün nəzərdə tutulan dövlət büdcəsində təqaüd, müavinət və minimum əmək haqqı da artırılmayacaq. Bu azmış kimi hələ səhiyyə sahəsinə ayrılan xərclər 5 milyard dram, yəni yüz milyon dollara yaxın, sosial xidmətə 300 milyon dram, təhsilə ayrılan xərclər isə 700 milyon dram ixtisar ediləcək. Ölkənin xarici borcları artıb, qiymətlər isə bahalaşıb. Bütün bunlar isə Ermənistan əhalisinin həyat şəraitinin gələn il daha da agırlaşacagını deməyə əsas verir.

Millət vəkili Musa Quliyev deyir ki, nəzərdə tutulan azalmalar ölkədə vəziyyəti daha da dərinləşdirəcək.

Millət vəkili bildiri ki, Ermənistanın bu vəziyyətə düşməsinin əsas səbəbi ölkədə həyata keçirilən iqtisadi siyasət və mövcud siyasi rejimdir.

Ermənistanla müqayisədə Azərbaycanın inkişafı göz qabağındadır. Dövlət büdcəsi ildən-ilə genişlənir. Sosial xərclər də buna adekvat olaraq artırılır. Burada da əsas məqsəd Azərbaycan xalqının sosial rifah halınıın daha da yüksəldilməsidir.

Görünən odur ki, regonal və qlobal layihələrdən özünü təcrid vəziyyətinə salan Ermənistan dövlətinin iqtisadiyyatı çökməkdə davam edir. Bunun da agır nəticələrini erməni əhalisi yaşamaga məhkumdur. Nə qədər ki, Ermənistan işğalçılıq siyasətini davam etdirəcək, o zamana qədər də dövlət tənəzzülə uğrayacaq. Azərbaycan dövləti isə əksinə, inkişaf edərək iqtisadi, siyasi və hərbi qüdrətini daha da artıraraq zirvələri fəth edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti