Xəzər Xəbər

Zaur Kamal elçilikdən danışdı “Qızın 15 yaşının olduğunu bilmirdim...”

Şou Biznes | 16:05 • 17 Noyabr 2017
Zaur Kamal elçilikdən danışdı

Xəzər TV-də Zaur Kamalın aparıcılığı ilə yayımlanan "5-də 5” verilişinin "Elçilik” rubrikasında 15 yaşlı qıza elçi gedilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.7-ci sinif şagirdinin anası qızının oxumaq istədiyini və hələ ərə gedən yaşı olmadığını bildirsə də, oğlan tərəfi bunun mümkün olduğunu israr edib.

Məsələylə bağlı danışan Zaur Kamal verilişdən qabaq oğlan evinin onu aldatdığını bildirib:

"Mənə demişdilər ki, qızın 17-18 yaşı var. Hətta mən 17 olması ehtimalına da qarşı çıxmışdım. Dedilər ki, 17 olsa, gözləyərik. Biz o fikirlə Ağdama getdik. Qapıda qarşılayan anası qızın 15 yaşı var deyəndə əvvəlcə elə bildim, qızını verməmək üçün deyir. Sonra içəridə baxdıq ki, həqiqətən də yaşı az imiş və məsələni yarımçıq qoyduq. Oğlana dedim ki, aldadıldığım bir işə mən qol qoya bilmərəm. Sonra başqasına getdilər və oradan hə alınıb. Çəkilişin davamı bu gün efirə veriləcək.

Efirdə də söyləyəcəm ki, məsələnin davamı necə olub, elçilik dayandırılıb”.

Xəbər lenti