Xəzər Xəbər

Makron Parisin Əsədlə bağlı ŞƏRTİNİ AÇIQLADI

Dünya | 17:07 • 20 Sentyabr 2017
Makron Parisin Əsədlə bağlı

Suriya prezidenti Bəşər Əsəd törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır.

"Anadolu” agentliyi xəbər verir ki, bu tələbi Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında səsləndirib.

"O cinayətkar və Suriya xalqının düşmənidir. Mənim Suriyadakı düşmənim İŞİD-dir, Bəşər Əsəd deyil. İŞİD Fransaya hücum etdi. Əsəd Suriya xalqının düşmənidir və işlətdiyi cinayətlərə görə cəzalandırılmalıdır”, - o deyib.

Fransız lider qeyd edib ki, Paris uzunmüddətli perspektivdə Əsədin hakimiyyətdə qalmasını mümkün hesab etmir.

Həmçinin Makron əmindir ki, İran Suriya probleminin həllinə cəlb olunmayacağı halda, dünya dövlətləri nəticəyə nail olmayacaq./publika.az

Xəbər lenti