Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan 11 bank üzrə 747 milyon 930 min manatdan artıq kompensasiya ödənilib.
Fonddan xezerxeber.az-a bildiriblər ki, "Bank Standard" Kommersiya Bankında fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 milyon 499 min manat olmaqla onlardan 554 milyon 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 milyon 154 min manatı kompensasiya olunan əmanətlərdir. Sentyabrın 19-na qorunan əmanətçilərə ümumilikdə 437 milyon 737 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 99,2 faizi) və 3 milyon 416 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb. "Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 milyon 550 min manat olmaqla onlardan 3 milyon 230 min manatını qorunan əmanətlər təşkil edir ki, onun da 2 milyon 99 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətçilərə ümumilikdə 1 milyon 837 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib (ümumi kompensasiya öhdəliyinin 87,5 faizi), 262 min 485 manat ödənilməmiş kompensasiya öhdəliyidir.
"Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə 24 milyon 191 min (ümumi kompensasiya öhdəliyinin 97 faizi), "Gəncəbank" ASC-nin əmanətçilərinə 976 min 441 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faizi), "Texnikabank" ASC-nin əmanətçilərinə 120 milyon 408 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faizi), "Parabank" ASC-nin əmanətçilərinə 43 milyon 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), "Zaminbank" ASC-nin əmanətçilərinə 72 milyon 196 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3 faizi), "Kredobank" ASC-nin əmanətçilərinə 27 milyon 914 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9 faizi), "Dekabank" ASC-nin əmanətçilərinə 3 milyon 88 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 faizi), "Atrabank" ASC-nin əmanətçilərinə 14 milyon 352 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faizi), "Qafqaz İnkişaf Bankı" ASC-nin əmanətçilərinə 2 milyon 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,8 faizi) kompensasiya ödənilib.