Xəzər Xəbər

Tikintini axşam saatlarında aparırlar - Bina sakinləri narazıdır - VİDEO

Veb TV | 20:56 • 16 Avqust 2017
Tikintini axşam saatlarında aparırlar -

Bakıda yaşayış binasının birinci mərtəbəsində tikinti işlərinin aparılması orada yaşayan sakinlərin narazılığına səbəb olub. Sakinlər iddia edir ki, obyekt tikilir və bu da onların narahatçılığını pozur. Tikintini aparan şəxs isə işlərin qanuni yolla aparıldığını bildirir.

Birinci mərtəbədə aparılan tikinti işləri binada yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlər burada qanunsuz tikinti aparıldığını və bunun onlar üçün problem yaratdığını iddia edirlər. Söhbət Paytaxtın Yasamal rayonu yeni yasamal 1 ünvanında yerləşən 9 mərtəbəli binanın sakinlərindən gedir. Onlar deyir ki, tikinti işi axşamlar aparılır. Bu da onların istirahətinə mane olur.

Sakinlət iddia edir ki, tikinti işi qaz xətinin düz altında aparıldığından daha çox narahatdırlar.

Tikinti aparan Vüsal Qasımov deyir ki, birinci mərtəbədə hansısa obyekt tikilmir, sadəcə eyvan artırılır. Bunun üçün isə Yasamal rayon icra hakimiyyətinin Memarlıq və Şəhərsalma şöbəsindən icazə də alınıb.

Buranın mənzil və ya obyekt olacağı yəqin ki, yaxın vaxtlarda dəqiq bilinəcək.


Xəbər lenti