Xəzər Xəbər

Küçə ticarəti bu yolları iflic edib - VİDEO

Veb TV | 19:26 • 27 İyun 2017
Küçə ticarəti bu yolları iflic edib -

Qarpız-yemişlə dolu avtomobillər yolun hərkət hissəsini daraldıb, piyada səkiləri də keçilməz vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Cəlilabad rayonu Göytəpə şəhərindəki Oqtay Eynullayev küçəsindəndir. Yerli sakinlərin sözlərinə görə, yay mövsümündə müxtəlif rayonlardan gətirilən kənd təsərrüffatı malları bazarlarda yox, məhz bu küçədə satışa çıxarılır. Nəticədə də ərazidən keçmək müşkülə çevrilir.

Məhsullarla dolu avtomobillərin dayanması müxtəlif vaxtlarda bu yolda uzun tıxacların yaranmasına da səbəb olur. Hətta bəzi ərazilərdə satılan məhsulların yol kənarına boşaldılması piyadaların buradan keçməsinə mane olur.

Əksər hallarda piyadalar avtomobil yolundan keçməyə məcbur olurlar ki, bu da ərazidə tez-tez yol nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır. Məsələ ilə bağlı Göytəpə ərazi icra nümayəndəliyində müraciət etsək də, heç bir açıqlama verilmədi. Qəsəbə bələdiyyəsinin sədri İlqar Həsənov isə "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən küçədəki qanunsuz ticarətlə bağlı adiyyəti qrumlara məlumat verildikdən sonra lazımi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti