Xəzər Xəbər

Yaşı 1 əsrdən çox olan xalçalar - qiyməti 50 min manatdan artıqdır - VİDEO

Veb TV | 19:19 • 27 İyun 2017
Yaşı 1 əsrdən çox olan xalçalar - qiyməti 50 min manatdan artıqdır -

Mingəçevir sakini yaşı bir əsirdən çox olan palaz və xalçalar toplamaqla məşğuldur.

Xezerxeber.az-ın məlumatına görə, onun kolleksiyasında yer alan xalçaların qiyməti 50 min manatdan artıqdır.

55 yaşlı kişi illərdir qədimi xalçalar toplayır. Mingəçevir sakini Əbdülhəsən Mirzəyev əvvəl nənə-babasından yadigar qalanları saxlayıb. Daha sonra isə müxtəlif insanlar tərəfindən dəyər-dəyməzinə satılan xalçaları alıb. Kolleksiyaçı, qədimi xalçaların insanın yorğunluğunu apardığını deyir.

Onun kolleksiyasındakı xalçalar naxışına və toxunuşuna görə fərqlənir. Əbdülhəsən Mirzəyev xalçaları almaq istəyənlərin sayının çox olduğunu deyir.

Əbdülhəsən Mirzəyev qiymətli əl işlərini evdə, ayaq altında görənlərin onu qınadığını deyir. O isə cavabında xalçlar üzərində hərəkətin insana rahatlıq verdiyini, nəvələrinin onun üzərində hərəkətindən həzz aldığını deyir.

Şəhər sakini gələcəkdə onların sayını artırmaq fikirindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti