Xəzər Xəbər

''Formula-1'' ilə bağlı quraşdırılmış avadanlıqların sökulməsinə başlanılıb - VİDEO

Veb TV | 19:04 • 27 İyun 2017
''Formula-1'' ilə bağlı quraşdırılmış avadanlıqların sökulməsinə başlanılıb -

''Formula-1'' Azərbaycan Qran-prisi ilə əlaqədar quraşdırılmış baryerlər və avadanlıqların sökulməsinə başlanılıb.

Xezerxeber.az məlumat verir ki, söküntü işlərinə artıq bir neçə gündü başlanılıb.

"Baku Grand Prix" şirkətinin milli mətbuat katibi, Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin sözlərinə görə, söküntü işləri zamanı heç bir küçə və prospekt bağlanmayacaq. Ağır və böyük qurğuların söküntüsü isə gecə saatlarında aparılacaq. Hazırda işçi qüvvəsi ''Azneft'' dairəsi üzərində tamaşaçıların oturduğu tribunanın söküntüsünü aparır. Sabaha qədər dairənin tam olaraq sürücülərin istifadəsinə verilməsi planlaşdırılır.

Yarış öncəsi Əziz Əliyev və Niyazi küçəsində qəmbər daşların üzərinə vurulan asfalt qatının sökülüb - sükülməyəcəyi isə hələ dəqiqləşməyib.

"Formula-1"lə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik də ləğv edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Bakı şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan, artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti