Xəzər Xəbər

Balakəndə ağır qəza: 1 ölü, 4 yaralı var - VİDEO

Veb TV | 18:57 • 27 İyun 2017
Balakəndə ağır qəza: 1 ölü, 4 yaralı var -

Balakən rayonunda minik avtomobillərinin toqquşması bir nəfərin ölümü ilə nəticələnib.

Xezerxeber.az məlumat verir ki, rayonun Qazma kənd sakini, 76 yaşlı Rəhim Bayramovun idarə etdiyi minik avtomobili həmkəndlisi Tamerlan Atayevin minik maşını ilə toqquşub. Hər iki sürücü, Rəhim Bayramovun həyat yoldaşı Zərnişan Bayramova, gəlini Əminə Bayramova və nəvəsi 4 yaşlı Zərnişan Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Rəhim Bayramov xəstəxanaya daxil olduqdan bir müddət sonra dünyasını dəyişib. Digər yaralıların vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti