Xəzər Xəbər

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Hadisə | 16:12 • 27 İyun 2017
Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Xəbər lenti