Xəzər Xəbər

Bu gündən Azərbaycana elektrik enerjisi üçün idxal olunan mazut gömrük rüsumundan azad edilib

İqtisadiyyat | 14:45 • 26 Mart 2017
Bu gündən Azərbaycana elektrik enerjisi üçün idxal olunan mazut gömrük rüsumundan azad edilib

Bu gündən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azaddır.


Bu, Nazirlər Kabineti bu il fevralın 23-də dərc edilən və bir ay sonra, martın 25-də qüvvəyə minən "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu qərar 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

Xəbər lenti