Xəzər Xəbər

Mədə kiçiltmə əməliyyatlarına maraq artıb - Arıqlamaq üçün sağlamlığınızdan olmayın! - VİDEO

Veb TV | 19:55 • 25 Mart 2017
Mədə kiçiltmə əməliyyatlarına maraq artıb -

Bəziləri rahatlığına və asanlığına görə əməliyyatlara,bəziləri isə dieta ilə arıqlamağa üstünlük verirlər.

Xezerxeber.az-ın məlumatına görə, son dövrlər dietlə arıqlamağa yox, insanlar əməliyyat olunaraq, daha dəqiq desək, mədələrini kiçildərək artıq çəkilərindən qurtulmağa çalışırlar. Həkimlərin sözlərinə görə, bu əməliyyata üstünlük verənlərin sayı artıb. Lakin bəzi məqamlara diqqət etmək lazımdır.

Dietoloqların sözlərinə görə, artıq çəki yeyərək yavaş-yavaş yığıldığı kimi, onu verməkdə sürətli şəkildə yox, məhz yavaş- yavaş bir dövrü əhəta etməlidir.Əgər bu hansısa əməliyyatla sürətli şəkildə baş verərsə, bu, insan orqanizminə mənfi təsir edə bilər.

Həkimlərin sözlərinə görə, əməliyyata ancaq bədənlərinin kütlə indeksi 35-40-dan yuxarı olan və çəkiləri 120-150 kq-dan yuxarı olan insanlar muracıət etməlıdır.

Hətta düzgün tətbiq edilməyən əməliyyatdan sonra da insanın özündə bır sıra mənfi dəyişikliklər baş verməyə başlayır.

Dıteoloqlar 3 saatlıq əməliyyatla arıqlamaqdansa, düzgün qidalanmağı məsləhət görürlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti