Xəzər Xəbər

Bu yolda piyada zolaqları silinib - Piyada və sürücülər təhlükədə - VİDEO

Veb TV | 19:46 • 24 Mart 2017
Bu yolda piyada zolaqları silinib -

Sumqayıtda sürücülərin və piyadaların hərəkətini asanlaşdıran piyada zolaqları pozulduğundan insanları çaş-baş salır. Bəzi küçə və prospektlərdə yenilənmələr olsa da, əksər ərazilərdə zolaqlar pozulub.

Xezerxeber.az məlumat verir ki, sakinlər yolu çətinliklə keçir, sürücülər isə harada piyada zolağının olmasından xəbərsizdir.

Sumqayıtda piyadaların rahat hərəkəti üçün çəkilən piyada zolaqları heç də ürəkaçan deyil.

Şəhərin müxtəlif ərazilərində, əsasən də əhalinin daha çox istifadə etdiyi küçə və prospektlərdə piyada zolaqları pozulub.

Sakinlər haradan necə keçəcəyini bilmirlər. Belə olan halda sürücülərlə piyadalar arasında problem yaşanır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sumqayıtdakı piyada zolaqlarının yenidən çəkildiyini bildirdi. Sadəcə olaraq bayramla əlaqədər işlərə ara verilib. İnsanlar, piyada zolağı olmayan yerlər haqqında Baş Dövlət Yol Polisi İdarəsinə xəbər verə bilərlər. Siqnal İdarəsi tərəfindən o sahələrin də zolaqlanması həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti