Xəzər Xəbər

Yazmadığı şikayət məktubları başına iş açıb - VİDEO

Veb TV | 19:47 • 24 Mart 2017
Yazmadığı şikayət məktubları başına iş açıb -

Adından vaxtaşırı olaraq müxtəlif insanlar haqqında şikayət məktubları yazılıb. Özünün isə bundan xəbəri olmayıb.

Xezerxeber.az məlumat verir ki, tragikomik hadisə Füzuli rayonunda baş verib. Elxan Quliyevin sözlərinə görə, məsələdən yalnız ona gələn bir telefon zəngindən sonra xəbəri olub.

Elxan Quliyev bildirir ki, adından bu məktubları yazan şəxsi tanıyır. Bu şəxs onların yaşadığı rayonda icra hakimiyyətində işləyən Əliyev Qənimətdir. Səbəb kimi də haqqında şikayət məktubu yazılan adamla aralarını vurmaqdır.

Hətta Elxan Quliyev bildirir ki, məktubun izinə düşərək onun haradan göndərildiyini də tapıb.

Məsələ ilə bağlı Elxan Quliyevin şübhələndiyi Qənimət Əliyevlə telefon əlaqəsi saxladıq. O isə belə bir addım atmadığını, hətta Elxanın niyə ondan şübhələndiyini də bilmədiyini dedi.

Hüquqşünaslar isə deyir ki, belə bir addım atan şəxs nəticədən asılı olaraq inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti