UEFA Çempionlar Liqasının 2018/19 mövsümündə ölkələrin neçə komandayla təmsil olunacağını açıqlayıb.
XəzərXəbər xəbər verir ki, Avropanın ali futbol
qurumunun saytında yer alan məlumatda, 2018/19 mövsümündən etibarən
İspaniya, Almaniya, İngiltərə və İtaliyanın qitənin ən nüfuzlu klub
turnirinin qrup mərhələsində 4 komanda ilə təmsil olunacağı qeyd
edilib. Fransa və Rusiyanın isə 3 komandası ÇL-də mübarizə aparmaq
hüququ qazanacaq. Bu komandalardan ikisi birbaşa həlledici
mərhələdə, biri isə qrupa qədər iki təsnifat mərhələsində oynamalı
olacaq.
Portuqaliya, Ukrayna, Belçika və Türkiyə isə 1-i birbaşa qrup
mərhələsində, 1-i isə təsnifat mərhələsində olmaqla, cəmi 2 komanda
ilə təmsil olunacaqlar.
Reytinq sıralamasında 26-cı pillədə yer almış Azərbaycan
avrokuboklarda ümumilikdə 4, Çempionlar Liqasında isə 1 komanda ilə
mübarizə aparacaq. (Komanda.az)