"Star" NEZ Türkiyənin idxaldan asılılığını azaldacaq - VİDEO

20.10.2018 20:56

Hazırda Azərbaycan Türkiyənin ən böyük xarici investorudur. Təkcə dünən açılışı edilən ''Star" Neft Emalı Zavodu Türkiyənin neft məhsulları ehtiyyacının 4/1 hissəsini qarşılayacaq. Eyni zamanda bu zavoda istehsal ediləcək məhsulların hesabınaTürkiyənin dizel yanacağına olan tələbatı60 %, maye-qazehtiyacı30 %təyyarə yanacağına olantələbatı isə 100 faizi təmin olunacaq. Bütün bunlar ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirməklə yanaşı Azərbaycana böyük həcmindəmütəmadi valyuta axınını təmin edəcək.

Ötən gün Türkiyənin İzmir şəhərindən açılan "Star" neft emalı zavodu Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir.Çünki bu layihə ölkələrin arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsinə böyük töhfə verir. Beləki bura sərf edilən 6,3 mlyrd dollarlıq vəsaitləAzərbaycan Türkiyənin ən böyük xarici investoruna çevirib. Ümumilikdə isə Azərbaycnın qardaş ölkəyə yatıdığı vəsaitlərin həcmi 10 mlyrd dollara yaxındır.

"Star" neftayırma zavodu 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizədək azaldacaq. Həmçinin maye qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. Amma bu zavodda istehsal ediləcək ümumi neft məhsulları Türkiyənin təlabatının yalnız 25 % ni təmin edəcək . Yəni bu ölkədə bazar kifayət qədər böyükdür və istehsal edilən məhsulların satılmasında heç bir problem olmayacaq.

Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir.Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bununla yanaşı enerji layihələri ilə ölkəmizə milyonlarla dollar vəsaitingətirilməsi nəzərdə tutulur.

Xatırladaq ki zavod 7 il ərzində inşa edilibvə tam gücü ilə 2019-cu ilin yanvar ayından etibarən fəaliyyət göstərəcək. "Star" NEZ Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək."Star" neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib.

© xezerxeber.az


270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR