Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Badamdar sürüşmə sahəsində vəziyyət gərgindir, evlər dağılır - VİDEO

17.10.2018 20:27

Dünən gecədən yağışların yağması Badamdar sürüşmə sahəsində vəziyyəti gərginləşdirib. Artıq sürüşmə sahəsində asılı vəziyyətdə qalan tikilinin altındakı torpaq qatı uçqun vəziyyətindədir. Yuxarıdakı tikilinin uçma təhlükəsi var.

Xezerxeber.az bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bıldırıb. O qeyd edib ki, ərazidə aktivlik davam etməkdədir. Sürüşmə prosesinin nə zaman dayanacağı bilinmir.

Bu gün həmçinin Bayıl qəsəbəsinin Buxta küçəsində sürüşmə baş verib. Hadisə nəticəsində bir ev uçub, digərlərində çatlar yaranıb.

Əziz Qaralov deyib ki, sözügedən ərazi illər əvvəl sürüşmə sahəsi kimi qeydə alınıb. Yağan yağışlar prosesi daha da sürətləndirib.

Hazırda ərazidə divarları çatlamış xeyli sayda digər evlər var. Təhlükəli evlərin sakinləri köçürülmə ilə bağlı qeydiyyata götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






995 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR