Bakıda məktəblilər həyatlarını belə təhlükəyə atırlar - VİDEO

17.10.2018 20:26

Avtomobillərə işarə verərək dayanmalarını istəyirələr. Azyaşlı oladuqları üçün sürücülər onlara piyada zolağının olmadığı ərazidə yol verirlər. Amma uşaqlar yolu oynayaraq keçirlər.

Xezerxeber.az bildirir ki, bununla bağlı görüntüləri paytaxtın Yasamal rayonu, Mətbuat prospektində sürücülərdən biri çəkib. O deyir ki, məktəbdən gələn uşaqlar yol istədiyi üçün bütün sürücülər avtomobili saxlayır. Amma onlar yolu oynayaraq keçirlər. Baxmayaraq ki, onların bu hərəkətləri böyük təhlükə yaradır.

Belə görüntülərə demək olar ki, paytaxtın bir çox ərazisində rast gəlmək mümkündür.

Görüntüləri izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, azyaşlı olmalarına baxmayaraq uşaqlar kobud qayda pozuntusuna yol verirlər. Amma qanuna görə onlar 16 yaşına çatmadıqları üçün barələrində inzibati qaydada cərimə etmək olmaz.

Ekspert deyir ki, şagirdlərlə məktəblərdə mütəmadi olaraq rayon yol polis şöbələrinin əməkdaşları profilaktik söhbətlər aparmalı və yol hərəkəti qaydaları izah edilməlidir. Hətta onlara yoldan necə keçmək haqda videoçarxlar da təqdim edilməldir ki, məktəblilərin vurulması ilə nəticələnən qəzalar olmasın.

Qeyd edək ki, bu hərəkətləri 16 yaş və ondan yuxarı piyada edərsə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 20 manat cərimə edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






348 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR