Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO

21.07.2018 20:05

Özünü "Ağdamlı Faiq" kimi təqdim edən şəxs saxta profil vasitəsi ilə "facebook"un canlı yayımında avtoxuliqanlıq edir.

Xezerxeber.az-ın məlumatına görə, o, cnlı yayım zamanı avtomobillərin intensiv hərəkət etdiyi yola çıxaraq təhlükəli manevrlər etməyə başlayır. Üstəlik, saatda 160 kilometrdən artıq sürətlə gedərkən, özünün də dediyi kimi ''bir əlində telefon, bir əlində sükan'' olur.

O, bu hərəkətləri edə-edə izləyicilərinin suallarını da cavablandırır və özünə haqq qazandırmağa çalışır.

"Ağdamlı Faiq" bu hərəkətləri mütəmadi şəkildə etdiyini deyir. Açıq şəkildə avtoxuliqanlığın təbliği ilə məşğul olan şəxsin əsas izləyiciləri isə azyaşlılar və gənclərdir. Gənclərin suallarını cavablayan Faiq öz "məharətindən" ağız dolusu danışır. Hətta bir dəfə canlı yayımda qəza etdiyini də deyir.

Qeyd edək ki, bu görüntülər Ağdamda qeydə alınıb. Ümumiyyətlə isə, son dövrlər bu cür hallara tez-tez rast gəlinir. Özlərini avtoxuliqan zənn edənlər sosial şəbəkələrdə bu hərəkətlərini izləyiciləri ilə paylaşırlar və qanunsuz hərəkətlərini təbliğ edirlər.

Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, bu görüntülər araşdırılacaq, rayon üzrə təhlükəsizlik kameralarına baxış keçiriləcək və qanun çərçivəvində bütün tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






397 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR