Türkiyədə 4 min il yaşı olan ağac tapıldı

21.06.2018 14:37

Türkiyənin Zonquldak əyalətinin ərazisində dünyanın ən yaşlı ağaclarından biri aşkar edilib.

Bu barədə meşə idarəsi maraqlı araşdırma aparıb. İdarənin işçiləri qalın meşələrdə tapdıqları və yaşı 4 114 ilə çatan qaraçöhrə ağacının video və şəkillərini çəkərək səhifələrində paylaşıblar.

Bu paylaşım sosial media istifadəçiləri üçün maraqlı olub və yüzlərlə insan bu videonu paylaşıb./publika

© xezerxeber.az


224 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR