Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Yollardakı dəmir arakəsmələr ölümə səbəb olur - "...keyfiyyətsiz materialdan hazırlanır" - VİDEO

19.06.2018 20:16

İstirahət günlərində də yollar qəzasız ötüşmür. Bu gün Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Sərnişinin ölümünə səbəb isə yolda olan dəmir arakəsmə olub. Bu isə yollarda quraşdırılan təhlükəsizlik sədlərinin keyfiyyət məsələsini bir daha gündəmə gətirir.

Xezerxeber.az-ın məlumatına görə, dəmir arakəsmələr növbəti dəfə ölümə səbəb olub.

Bakı-Sumqayıt şossesində paytaxt istiqamətində hərəkətdə olarkən Marat Cəfərovun idarə etdiyi avtomobil dəmir arakəsməyə çırpılıb. Dəmir avtomobilin ön tərəfindən salona girərək arxa şüşədən çıxıb. Nəticədə sərnişinin ayaqları kəsilib. Çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Buna bənzər qəza bir neçə gün öncə Hacıqabulda da baş vermişdi. Bu rayonda da avtomobilin dəmir arakəsməyə çırpılması nəticəsində bir nəfər ölmüş, biri isə yaralanmışdı.

Statistika göstərir ki, baş verən qəzalar zamanı dəmir arakəsməyə çırpılan avtomobillərdə ölüm halları daha çox olur. Ekspertlər bunu həmin təhlükəsizlik sədlərinin keyfiyyətsiz materialdan hazırlanması ilə əlaqələndirirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, təhlükəsizlik sədlərinin əsas məqsədi idarəetmədən çıxan avtomobilə dəyəcək zərbənin fəsadını azaltmaq olmalıdır. Həmin sədlər zərbənin təsir gücünü özünə çəkməlidir. Ona görə də dəmir arakəsmələri beton divarlarla əvəz etmək də çıxış yolu deyil.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən isə bildirdilər ki, yol kənarlarında və çoxzolaqlı yollarda quraşdırılan dəmir arakəsmələr ölkəmizə xaricdən idxal edilir və beynəlxalq standartlara cavab verir. Ona görə də hazırda onların dəyişdirilməsi məsələsi müzakirə mövzusu deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






612 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR